651c2aedc2e68202310235333
Qukasyan, Saakyan və İşxanyan Bakıya GƏTİRİLİR (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, Xankəndində separatçı “DQR”in üç keçmiş lideri saxlanılıb.

Separatçıların üç lideri Qukasyan, Saakyan və İşxanyan həbs edilərək Bakıya gətirilib.

Qeyd edək ki, Azərbaycan hökumətinə yaxın mənbələr separatçı liderlərin həbsi ilə bağlı məlumatı Haqqin.az-a təsdiqləyib.

Xatırladaq ki, Qarabağın erməni separatçılarının keçmiş “prezidenti” (1997-2007) Arkadi Qukasyan, keçmiş “prezident” (2007-2020) Bako Saakyan və Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri , keçmiş “parlament sədri” “David İşxanyanı Bakıya aparırlar. Bu barədə Şuşadakı mənbə məlumat verib.

***

Qarabağdakı keçmiş separatçı rejimin keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyanın “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldıqlarına dair məlumat yayılıb.

Bu iddianı Ermənistanın “Hraparak” nəşri yayıb.

Erməni KİV iddia edir ki, Azərbaycan tərəfi Qukasyan və Saakyanın həbs olunduğunu tezliklə elan edəcək.

“Onların qarşısında daxili işlər və milli təhlükəsizlik “nazir”lərinin olduğu avtomobilin keçməsinə icazə verilib, lakin keçmiş “rəhbər”lər saxlanılıb. Vitali Balasanyan və Davit İşxanyanın yeri məlum deyil”, - nəşr mənbələrinə istinadən qeyd edib.

Rəsmi Bakı hələ ki xəbərə münasibət bildirməyib. 

03.10.2023 18:00
1869