Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?- ŞOK TƏFƏRRÜAT
Bir müddət əvvəl Qubanın axundu ilə intim görüntüləri yayılan qadın
ağır cinayətdə ittiham edilərək hakim qarşısına çıxarılır. Onun
barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə
səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış
Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
İş
üzrə daha bir nəfər- İftixar Ağayev də məsuliyyətə cəlb edilib. Onun
barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Z.Q və İftixar Ağayev birlikdə Elnur Əfəndiyevi videogörüntülərlə şantaj edərək 75 min manat tələb etməkdə suçlanırlar.
Xatırladaq
ki, bir müddət əvvəl bəzi sosial şəbəkələrdə axund Elnur Əfəndiyevin
bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılmışdı.
Bundan sonra Elnur Əfəndiyev vəzifəsindən kənarlaşdırılıb.
O
zaman hadisənin təfərrüatı barədə ətraflı məlumatlar üzə çıxmadı. Amma
hadisədən aylar sonra baş verənlərin olduqca ilginc təfərrüatları məlum
olubr.
Musavat.com-un əldə etdiyi məlumata görə, Z.Q uzun müddət
axundun tələbəsi olub və ondan dini dərslər alıb. Onlar arasındakı
münasibətlər bu zaman yaranıb.
Z.Q ifadəsində deyib ki, əfəndi
olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin
dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla
münasibəti olub.
Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.
İttihamda
göstərilir ki, Z.Q aralarında olan bu münasibətdən sonra evinə gizli
kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması
üçün pul tələb edib.
Z.Q isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş.
Bu
işdə adı keçən İftixar Ağayev isə Z.Q-ya kameranın quraşdırılması ilə
bağlı kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə
ittiham edilir. İ.Ağayev özünü təqsirli bilmir.
Hazırda məhkəmə araşdırması davam edir.
Qeyd
edək ki, işin olduqca maraqlı təfərrüatları var. E.Əfəndiyevin Z.Q-ya
verdiyi vədlər, Z.Q ailə həyatı qurduqdan sonra axundla davam edən
münasibəti, bir neçə şəxsin dini lider sayılan, "ustad, "əfəndi" kimi
qəbul edilən E.Əfəndiyevin iç üzünü açmaq üçün qurduqları plan barədə
növbəti yazıda da