Uşaq vaxtı yediyiniz hər şey daha dadlı idi. Meyvəsindən tutmuş tərəvəzinə kimi, hər bir qidadın gözəl dadı və qoxusu vardı. İndi heç bir qidadan nə o dadı, nə də qoxunu ala bilirik. Təkcə qreçkadan başqa.
“Qreçka” adı ilə tanıdığımız qarabaşaq bitkisi genetik dəyişikliyə
məruz qalmadığından, bu gün də oz dadı və qoxusunu qoruya bilib. Buna
görə hazırda dünyanın bir çox tanınmış sanatoriyalarında qarabaşaq qida
rasionuna daxil edilir. Bu da səbəbsiz deyil.
Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün
saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır.
Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir?
Bir bax kanalındasınız dəyərli izləyicilər. Aşağıda yerləşən bəyən
düyməsinə basın ki, video Youtubedə daha çox insanın qarşısına çıxsın.
Qarabaşaq tərkibi fosfor, dəmir, kalsium, maqnezium kimi
mikroelementlərlə, A, E, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində
böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu
qiymətli məhsul insanda ən faydalı yarma sayılır.
Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş
məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha
azdır.
Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud, yəni ən sağlam və
faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə
hətta hazır cücərdilmiş qarabaşaq satılır.
Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla
müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl
təbii dərman sayıla bilər.
Cücərdilmiş qarabaşağın faydaları ilə tanış olaq:
Orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır. İmmun sistemini möhkəmləndirir, Gümrahlıq və enerji bəhş edir.
Orqanizmi ziyanlı maddələrdən təmizləyir. Qarabaşağın tərkibi sellüloz
ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də
xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə
olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Arıqlamağa kömək edir. Əzələləri möhkəmləndirir, orqanizmi fiziki
yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş
qarabaşaq tez-tez idmançıların qidalanmasına daxil edilir.
Xolesterini salır, damarları təmizləyir. Bu dəyərli qida məhsulu qanda
şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə
qarabaşaqdan istifadə etmək faydalıdır.
Təzyiqi tənzimləməyə yardım edir. Damarlarda trombların əmələ gəlməsi
riskini azaldır, damarların divarlarını möhkəmləndirir. Həmçinin yüksək
qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün
saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır.
Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir?
Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır
Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır. Güclü xərçəng əleyhinə təsirə malikdir
Qarabaşaqdan xalq təbabətində də geniş istifadə olunur.
Boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya
büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar.
Uşaq bişməcə olanda qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə
körpənin rahatlığını təmin etmək olar.
Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir,
yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm
olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı
yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və
ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.
Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın,
sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş
qarabaşaq yemək olar.
Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin
olduğunu açıqlayıblar. Rusiya saytlarına dərc edilən məqalədə bildirilir
ki, qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır.
Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da
allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola
bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina
etsə, daha yaxşı olar. Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir.
Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb
sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli
maddələr itir.