Qozu 1 gecə suda saxlayıb içsəniz... - İNANILMAZ NƏTİCƏ
Hər kəsin istehlak etməli olduğu qidalar arasında yer alan qozun faydaları saymaqla bitmir. Bütöv qozu bir stəkan suya qoyub bir gecədə saxlayın, alınan qoz şirəsini mütəmadi olaraq istehlak edin və faydalarını görün.
Qlobal.net aztibb.az-a istinadən bildirir ki, bu şirə həzm sistemi üçün
əla köməkçidir. Qəbizliyi aradan qaldırır. Həm də qaz problemi və
şişkinlik kimi narahatlığın qarşısını alır. Ağrılı menstruasiya keçirən
qadınların bu dövrü daha rahat keçirməsinə şərait yaradır.
Qoz
şirəsi süd verən və hamilə qadınlara da məsləhət görülür. Hamiləlik
zamanı artıq çəki artımının qarşısını alır. Bundan əlavə, süd verən
analarda qoz suyunun tərkibindəki vitaminlər də süd vasitəsilə körpəyə
keçir. Bu dövrdə körpə üçün lazım olan vitaminlər təbii şəkildə qəbul
edilir.
Tərkibindəki vitaminlərlə beynin funksiyalarını
gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinə
tutulma riskini azaldır.
Qoz suyu arıqlamağa kömək edir.
Tərkibindəki zülal ekstraktları ilə bədənin yağ yanmasını sürətləndirir
və beləliklə arzuolunmaz bölgələrdə yağların yığılmasına təsir edir.
Maddələr mübadiləsini də sürətləndirdiyi üçün arıqlamağa çalışanların
hər gün ac qarına bir stəkan qoz suyu içmələri tövsiyə olunur. Bu bəzi
pəhriz proqramlarında yeməklər arasında istehlak edilə bilən bir
içkidir.
Dərinin yumşalmasını və daha sağlam görünüşünü təmin
edir. Sızanaq kimi dəri problemlərinin müalicəsində də istifadə olunur.
Dırnaqları və saçları gücləndirmək üçün qulluq vasitəsi kimi də
məsləhətdir.
Qoz suyu yuxu problemi olanlar üçün vacib bir
içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu rahat
yatmağınıza kömək edir.
Yorğunluq, gərginlik və zəiflik kimi problemləri azaldır, həyat keyfiyyətinizi yaxşılaşdırır.