Cəmiyyət

Qonşusunu və azyaşlı oğlunu vəhşicəsinə öldürən şəxs tutuldu

Rusiyada dəhşətli hadisə baş verib.

Qlobal.net Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskva vilayətinin Kotelniki şəhərində bir kişi qonşusunu və onun birinci sinif şagirdi oğlunu öldürüb.

Məlumata görə, 32 yaşlı Andrey qonşu mənzildən gələn səs-küydən şikayətlənib. Qonşunun altı yaşlı oğlu ucadan danışırmış və səs-küy edirmiş. Yaranan  mübahisə təxminən bir il davam edib, lakin bir həftə sonu kişi qonşuların evinə girib onları vəhşicəsinə döyüb. 34 yaşlı ana və oğlu nəticədə dünyasını dəyişib.

Şahidləri dindirdikdən və məhkəmə ekspertizaları apardıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Andreyi saxlayıblar. Moskva vilayətinin İstintaq Komitəsi onun haqda cinayət işi açıb və həbs qərarı tələb edəcək.

Murad Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button