Qondarma rejimin "daxili işlər nazirliyinin polisləri" silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.
Bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Qeyd edək ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni rejim özünü buraxdığını elan edib. Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.