637cdc288ba18202211222648
Qocalar evində 89 yaşlı qadın zorlandı: Görün məhkəmədə nə istədi

Qocalar evində zorlanan qadın məhkəmədən istəyi ilə gündəm olub.

Qlobal.net Haberler.com saytına istinadən xəbər  verir  ki, yaşadığı qocalar evində cinsi istismara məruz qalan 89 yaşlı belçikalı qadın  cinayətkar cəzalandırıldıqdan sonra ölmək istədiyini bildirib.

Qocalar evində yaşayan yaşlı qadın iyul ayında 36 yaşlı kişi tərəfindən cinsi istismara məruz qalıb.

Hadisədən dərhal sonra yaxalanaraq həbs edilən şübhəlinin bu gün ilk məhkəməsi   keçirilib.

Yaşlı qadının vəkili məhkəmədən işin tezləşdirilməsini və təcili yekunlaşdırılmasını xahiş edib.

Vəkil Walter Damen, "Müvəkkilim yaşadığı zorlamadan sonra psixoloji əziyyət çəkir. Hadisə həqiqətən dəhşətlidir. Müvəkkilim evtanaziya istəyib. Onun son istəyi isə cinayətkarın ən ağır şəkildə cəzalandırılmasıdır.Məhkəmə orqanları zərərçəkmişin işin sürətləndirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. 

(Oxu24.com)

22.11.2022 18:26
show 1582