“Qoç Ət"dən qazilərə HÖRMƏTSİZLİK: Sizə çay verə bilmərik, millət vəkilləri gəlib
Şuşada yerləşən “Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilib.
Global.net xəbər verir ki, bu barədə jurnalist Vəfa Şəhlayi məlumat yayıb.
Jurnalistin sosial şəbəkədə paylaşdığı həmin məlumatı təqdim edirik: “Şuşadakı “Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz... Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə, bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər, yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşib gəldi ki, indi sizə çay verə bilmərik, çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var. Buna görə bizim sadə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb...
Bir ara da guya qazilərə endirim piarı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir”.