Demək olar ki, Qoç bürcündən olan bütün kişilər pis ailə başçılarıdır. Lakin buna baxmayaraq, güclü və iradəlidirlər, rəhbərlik etmək istedadları var, nəticədə bir çox sahələrdə uğurlar qazanırlar. Amma onların tez çıxması və kobudluqları gələcəkdə ailə həyatı üçün yalnız çətinlik deyil, təhlükə də yarada bilər.
Qlobal.net bildirir ki, bununla belə, Qoçun digər Zodiak bürcləri ilə xoşbəxt, bəlkə də ideal ailə həyatı qura biləcəyi istisna edilmir. Burada qadının məharəti və istedadından çox şey asılıdır.Qlobal.net bürclərin məhəbbət falını təqdim edir:
Qadın Qoç
Davakardır və nəzakətsizdir. Kişi Qoç ailədə əsas rol oynamağa çalışan qadınla yola gedə bilməz. Belə nikahların hər an pozulmaq təhlükəsi var. Tərəflər nikah naminə hər cür güzəştə getməyə hazır olsalar da, astrologlar belə nikahların bağlanmasını məsləhət görmürlər.
Qadın Buğa
Xoşbəxt nikah naminə Buğa qeyd-şərtsiz Qoçun ailədə əsas rolunu qəbul etməlidir. Buğanın qadın incəliyi, gözəlliyi Qoçun uzun gələcək və onun məhəbbətinə nail olmağa çalışacaq. Əgər Qoç kobud olmazsa, bu nikah əsl dünyəvi məhəbbət anılarını mümkün edəcəkdir; əks halda dünyəvilikdə başladığı anlaşılmazlıq, gərginlik artacaqdır. Buğa Qoçun bütün arzularını həyata keçirəcəkdir.
Bu, əlverişli nikahdır. Qoç bilir ki, onun qadını ağıllıdır və gözəl yoldaşdır. Onların söhbətləri tutur, hər ikisinin coşqun xasiyyəti bu bürclərin həyatını maraqlı və macəralarla dolu edir. Onlar istirahət günlərini böyük məmnuniyyətlə evdən uzaqda keçirir, səyahət etmək fürsətini əldən vermirlər. Qadın-Əkizlər Qoçun qulluqçusunda durduqda ona böyük sevinc bəxş edir. Onların ailə həyatı səmimi dostluğu xatırladır, ailəyə və evə bağlı olmaları nikahlarını daha da möhkəmləndirir. Lakin Əkizlərdə olan ikiqat xasiyyət qadını vərdişinə, hərəkətlərini isə gözlənilməz edir. Ər arvadını hərəkətləri təşvişə sala bilər, lakin zaman keçdikcə Qoç öz qaydasına düşəcək və ailədə ən münasib davranış normala çevriləcəkdir.
Dünya görüşlərindəki ziddiyyət və təzad, fikir müxtəlifliyi onların nikahını dözülməz edir. Xərçəng-qadın ailə naminə hər şeyə hazır olsa da, Qoçun iradəsi və hərəkətlərinə tabe getirmək çox çətindir. Doğrudur, Qoç arvadını hərdən xoş gəlsə belə, uzun çəkməyəcək.
Ər arvadın maraqları və iradəsi ilə hesablaşacaq, emosional xasiyyətli arvad isə ərini özünə daha çox tabe etməyə və bağlamağa çalışacaqdır. Bunlardan əlavə, ərinin yersiz qısqanclığı qadını ona qarşı kobudluğa vadar edəcəkdir. Qadının sirləməzliyi kişinin, kişinin sərt xasiyyəti isə qadının xoşuna gəlməyəcək. Qoçun arvadını açıq söhbətə dəvət etmək cəhdləri nəticəsiz qalacaq və qadını daha da əsəbiləşdirəcəkdir. Nəhayət, coşqun xasiyyətli Qoç qapını çırpıb gedəcəkdir. Bununla belə, hər iki bürcün nümayəndəsində seçici cəhətlər nisbətən zəif nəzərə çarpırsa, uğurlu nikahlar mümkündür.
Qadın Qız
Soyuq təbiətli Qız güclü və qətiyyətli Qoçu başa düşə bilməz. Qadının gözəlliyi Qoçu qızışdıracaq, lakin hisslərinə, ehtirasına cavab almaqda sıxıntı keçirəcək və çox tezliklə bu ehtirası qəzəb, əsəbilik əvəz edəcəkdir. Qoça elə gələcək ki, Qız onu aldadır və münasibətlərində yaranan xırda dəyişikliklərdən inciyəcək. Çox tezliklə hər kiçik məsələ Qoçun mənliyinə toxunacaqdır. Maddi maraq mənəvi marağı üstələməsə, bu nikah çox tez pozulacaq
Qadın Tərəzi
Bu iki bürc bir-birinin tam əksidir. Lakin bu ziddiyyət onlar arasında uzaqlaşma yox, əksinə, yaxınlıq yaradır. Tez coşan, başqasının fikri ilə hesablaşmayan ər üçün düşüncəli, yaraşıqlı, özünü ələ almağı bacaran bir qadın daha əlverişlidir. Tərəzi bürcü altında doğulan qadınlara xas olan, hər şeyi ölçüb-biçmək xüsusiyyəti Qoçda çatışmayan bu cəhətləri əvəz edəcək, ona düşünülmüş addımlardan çəkinməyi öyrədəcək. Əgər bu heç də kobudluq və amiranəlik (Ora getmə! Onu etmə! və s.) formasını almasa, ailənin dağılmasına səbəb ola bilər. Lakin, hər halda, ulduz qanunlarına görə bu nikah əlverişlidir. Mars tərəfindən idarə edilən Qoç kobud, Tərəzi qadın isə zərif və yaraşıqlı olsa da, intim həyatda bir-birlərinə uyğun gəlirlər və 29,5-30 yaşlarında bu münasibətləri həqiqi nikaha çevrilir.
Qadın Əqrəb
Bu nikah mübarizə və ziddiyyətlərlə doludur. İki güclü şəxsiyyət biri digərinin gücündən bixəbər bir-biri ilə mübarizə aparacaqlar. Həmin mübarizə yalnız intim həyatda xoşbəxtlik doğuracaq. Öz hisslərini inilti və nida ilə ifadə edən Qoç Zodiakın ən seksual bürcü olan Əqrəbin dünyagörüşü, mənəvi meyillərində onlarla tam ziddiyyət təşkil edəcək. Bununla belə, əgər münasibətlərini möhkəmləndirə bilsələr, uzunömürlü ola bilər.
Qadın Oxatan
Hər iki tərəf yaxşı tərbiyə alıbsa, bu, gözəl nikahdır. Burada onların səadətinə mane olacaq yeganə əngəl hər ikisinin qeyri-iradi hərəkətləri olacaq, bu da qarşılıqlı təhqir və əsəbilik halları yarada bilər. Oksigen və odun bir-birinə dalaşıb tutuşması kimi. Həm də, bu cüzi narazılıqlar onları bir-birinə daha da yaxınlaşdırır. Həm də, hər iki tərəf başa düşəcək ki, daha yaxşısını tapa bilməyəcəklər və bu səbəbdən bir-birlərinə daha da möhkəm bağlanacaqlar. Onlar ailə səadəti naminə kənar əlaqələrdən imtina edəcəklər.
Qadın Oğlaq
Qadın illər ərzində solmayan gözəlliyi ilə ərini cəlb edəcək və hər vasitə ilə onun gücünü və bacarığını istədiyi istiqamətə yönəltməyə, öz ağlına tabe etməyə çalışacaq. Lakin Qoç bunu düzgün başa düşməyəcək və Oğlaqla nikah ziddiyyətlər, hiddət və s. səbəb olacaq. Belə ki, bu, Oğlaq üçün möhkəm arxa, qadın üçün isə valideynlərinin məsləhəti ilə baş tutan bir evlilik olacaq.
Qadın Dolça
Həyatda qarşılıqlı surətdə bir-birini razı salacaqlar. Bu iki bürc arasında böyük fiziki yaxınlıq var. Qadın həmişə ərinin şəxsiyyətinə hörmət edəcək, ona azadlıq və müstəqillik verəcək. Qadının sayəsində kişi öz yaradıcılığı üçün geniş imkanlar açılan ər öz həyatından çox razı qalacaq və toyadan bir qədər sonra qadının ona nəvaziş və sevgi bəxş etmədiyini bilib, bütün bunları gizlicə kənarda axtardığını dərk edəcək. Ancaq bu heç bir şeyə gətirib çıxarmayacaq. Ulduzlar bu nikahı çox əlverişli hesab edir, belə izdivacdan çox yaxşı uşaqlar doğulur.
Qadın Balıqlar
Astroloqlar bu iki bürcün uyuşmazlığı haqqında xəbərdarlıq etsələr də, belə nikahlar tez-tez təsadüf olunur. Bu nikah əsasən zəhmi Qoç-arla sakit təbiətli, fədakar qadın-Balıq arasında zahiri qarşılıqlı anlaşma nəticəsində yaranır. Lakin Balıqlar ərlərinin simasında özlərinə arxa tapmağa çalışsalar da, ümid etməzlər, çünki tündməcaz, kobud və hövsələsiz Qoç-onları tez yorur. Lakin belə nikahlar adətən ancaq ideallar, məsələn, birgə elmi fəaliyyət, dini görüşlərin üst-üstə düşməsi və s. əsasında qorunub saxlana bilər.