03.10.2021
19:57
283

Qızların davası zamanı bıçaqlanma hadisəsi baş verdi - Video

Loading...

Rusiyanın Sankt-Peterburq şəhərində qızların pizza münaqişəsi bıçaqlanma ilə nəticələnib.

"Ölkə.az" Rusiya mediasına istinadla bildirir ki, qızların davası yemək daşıma xidməti göstərən kuryerin verilmiş pizza sifarişini səhvən qonşu mənzilə çatdırmasından sonra başlayıb. Kuryerin pizzanı səhv ünvana çatdırmasını bilən sifarişçi xanım qonşuları ilə məsələni aydınlaşdırmağa qərar verib. Lakin o və dostları gözləmədikləri halda qonşularının bıçaqlı hücumuna məruz qalıb. Üzündən bir neçə bıçaq zərbəsi alan qıza ilkin tibbi yardım göstərilib və onun həyatı üçün hər hansı təhlükə yoxdur.

Qeyd edək ki, hadisənin baş vermə anı qızın dostları tərəfindən videoya çəkilib.


Loading...