bill qeyts

Qızınızı kasıb adamla evləndirərdinizmi? - Bill Qeytsdən MARAQLI CAVAB

“Microsoft”un həmtəsisçisi, milyarder Bill Qeyts “qızınızı kasıb adamla evləndirərdinizmi?” sualına verdiyi cavabla maraq doğurub.

Milyarder bu barədə bir neçə il əvvəl ABŞ-də keçirilən investisiya və maliyyə konfransında danışıb. Bill Qeytsə "dünyanın ən varlı adamlarından biri kimi qızınızın kasıb və adi bir adamla evlənməsi mövzusunda nə düşünürsünüz?” sualı verilib.

Milyarderin cavabı isə belə olub:

“Əvvəlcə onu deyim ki, zənginlik bank hesabınızda çoxlu pul olması demək deyil. Zənginlik əvvəlcə va-dövlət yaratmaq qabiliyyətidir. Məsələn, lotereyada və ya şans oyunlarında 100 milyon qazanan şəxs varlı deyil, çox pulu olan kasıbdır. Bax buna görə də lotereya milyonçularının 90%-i 5 il sonra yenidən kasıblayır.

Bundan əlavə, pulu olmayıb varlı olanlar da var və çoxu sahibkardır. Pulları olmaya bilər, amma maliyyə zəkaları inkişaf edir və bu da həqiqi zənginlikdir.

Kasıbla varlı arasındakı fərq nədir?

Əgər bir gəncin oxumağa, yeni şeylər öyrənməyə, özünü davamlı olaraq inkişaf etdirməyə çalışdığını görsəniz, deməli, o, zəngin adamdır. Əgər bir gənc dövləti ittiham edirsə, bütün varlıların korrupsioner olduğunu düşünürsə, davamlı onları tənqid edirsə, o adam kasıbdır.

Zənginlər hesab edirlər ki, onlara lazım olan tək şey bilik və təcrübədir. Kasıblar isə düşünürlər ki, başqaları ona pul verməlidir. Dolayı yolla, “qızım kasıb adamla evlənməz” deyəndə pulu nəzərdə tutmuram. Mən o adamın sərvət formalaşdırmaq qabiliyyətindən danışıram.

Həqiqət budur ki, cinayətkarların çoxu kasıb insanlardır. Pulu görən kimi özlərini itirirlər və necə qazanacaqlarını bilmədikləri üçün oğurluq və ya hücum kimi yollara baş vururlar.

Bir gün bankda mühafizəçi işləyən şəxs içərisi pulla dolu çanta tapır və onu aparıb bankın müdirinə verir. Bir çox insan hesab edir ki, o, axmaqdır, amma realda pulu olmayan, ruhu zəngin bir adamdır.

Bir il sonra bank ona resepşnda iş təklif edir. 3 il sonra müştərilərdən məsul şəxs və 10 il sonra isə eyni bankın bölgə müdiri olur. İndi yüzlərlə işçini idarə edir və illik maaşı oğurlaya biləcəyi məbləğdən dəfələrlə çoxdur. Zənginlik hər şeydən əvvəl ruh halıdır”.

Qeyd edək ki, B.Qeytsin ümumi sərvəti 107.9 milyard dollardır. O, dünyanın ən varlı adamları siyahısında ön sıralarda yer alsa da, 2021-ci ildə boşandıqdan sonra siyahıda geriləyib. Onun sərvəti 2021-ci ildə 124 milyard dollar təşkil edirdi. 2025-ci ilin siyahısına görə, o, hazırda dünyanın ən varlı 11-ci şəxsidir.

Biznesmenin 2 qızı və bir oğlu var. Bill Qeytsin böyük qızı Cennifer 2021-ci ildə misirli amerikalı peşəkar atçı və biznesmen Nayel Nassarla evlənib. Onun sərvəti təxminən 100 milyon dollardır. B.Qeytsin kiçik qızı Fibi Qeyts isə subaydır. (Valyuta.az)

28.03.2025 12:06
show 1236