photo_15789527
Qızından anasına qarşı VƏHŞİLİK: Çəkiclə döydü, DİRİ-DİRİ BASDIRDI

Volqoqrad vilayətinin Olxovski rayonunun 30 yaşlı sakini 52 yaşlı anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Qlobal.net lent.az-a istinadla xəbər verir ki, Olxovka kəndinin Poçtovaya küçəsində sərxoş vəziyyətdə şübhəli ilə anası arasında münaqişə baş verib, nəticədə qızı onun başına çəkiclə bir neçə zərbə vuraraq onu boğub. O, törətdiyi cinayət faktını gizlətmək üçün ananı tualet üçün açıq havadakı çuxura ataraq basdırıb.

Məhkəmə ekspertləri qadının aldığı xəsarətlərdən deyil, torpağın tənəffüs yollarına daxil olması nəticəsində mexaniki asfiksiyadan öldüyünü müəyyən ediblər. Beləliklə, məlum olub ki, qız anasını diri-diri basdırıb.

15.06.2022 13:08
272