photo_11605337
"Qızın əynində paltarı yoxuydu, sevgilisi həbsxanadan dünən çıxmışdı" - Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksinin beşinci mərtəbəsindən özünü ataraq ölən Dildar Orucovayla bağlı yeni faktlar ortaya çıxıb.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs olub və həmin şəxs dünən həbsxanadan çıxıb:

“Bina 7-də yaşayırdılar. Əri ilə rəsmi nikahı yox idi. Oğlan narkomandır və buranın sakini deyil. Biz qadının intihar etdiyini düşünmürük. Çünki qadının üzərində paltar yox idi, bir insan çılpaq intihar eləməz. Düşünürük ki, əri ilə münaqişə yaşayıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Bakıda qadın özünü 5-ci mərtəbədən ataraq intihar etməsi ilə bağlı məlumat yayılmışdı. Hadisə Lökbatan qəsəbəsi, Qobu Park Yaşayış Kompleksində qeydə alınıb.

Orada yaşayan, 1976-cı il təvəllüdlü Dildar Orucova özünü 5-ci mərtəbədən ataraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

02.09.2022 14:13
show 170