Cəmiyyət

Qızımı əri eyvandan atıb – Faciəli şəkildə ölən qazi xanımının valideynlərindən ŞOK AÇIQLAMA

Bir neçə gün öncə Xocəsən qəsəbəsində binanın 8-ci mərtəbəsindən yıxılaraq ölən 20 yaşlı Könül İbrahimovanın
valideynləri qızlarının əri tərəfindən öldürüldüyünü iddia edir.
Qlobal.net xəbər verir ki, xanımın atası bildirib ki, onun qızını eyvandan əri Yusifzadə Nicat Mərrəm oğlu atıb.
“O, qazi adı altında canidir. İyunun 26-da səhər saatlarında bacısına deyib ki, bu məni bıçaqla hədələyir, deyir özünü balkondan at. Sonra da deyib ki, səni balkondan atacam yerə, heç kim bilməyəcək ki, mən etmişəm. Deyib ki, valideynlərinə desən, qardaşını öldürəcəm. Evdən çıxanda qapı-pəncərəni bağlayır, telefonunu da öz telefonuna yönəldir. 2 ay yarım bunun yanında hansı iztirabları çəkib. Atandan sonra düşüb aşağı, qızı alıb qucağına, deyib ki, bağışla, zarafat edirdim. “
Valideynləri iddia edir ki, N.Yusifzadə qızlarına ölümündən öncə də tez-tez zorakllıq göstərib.
Qeyd edək ki,  K.İbrahimova bir neçə ay əvvəl Vətən müharibəsi qazisi ilə ailə qurubmuş.
Sosial şəbəkələrdə yayılan məlumatlarda cütlüyün münasibətində problemlərin olduğu, gənc qadının zorakılığa məruz qaldığı iddia olunurdu.
Ətraflı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button