Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.
Raulun uşaqlıq dostları, sinif yoldaşları mərhum haqqında Bizim.Media-nın yerli bürosuna danışıblar.
Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər.
"Mübahisə çiyin üstündə baş verib" - şagirdlərdən biri deyib.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub.