6614d0bd0b1db202404242309

"Qismət olarsa, həyat yoldaşımı özüm dəfn etməliyəm" - Əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində qonaq olub.
Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətçi aparıcı Zaur Kamalın "Siz demişdiniz ki, birinci həyat yoldaşım dünyasını dəyişsin, sonra mən" sualına "Deyəsən, müğənni Yusif Mustafayev də belə demişdi. Mən də elə demiş olaram. Amma məsafə çox olmasın" cavabını verib.

Müğənni, Zaurun "Bəs niyə demirsiniz ki, birinci özüm, sonra da həyat yoldaşım vəfat etsin" sualına isə "Yox, qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur" sözlərini deyib.

Sənətçi sosial şəbəkədə onun ünvanına mənfi sözlər yazanlara da səslənib:

"Sosial şəbəkədə yazıb, dovşan kimi gizlənənlər var. Qardaş, yaxşı və ya pis nə yazırsansa, özün bilərsən. Amma telefon nömrəni də qoy, səninlə əlaqə saxlayaq. Sonra da lazım olanda qapıda gəlib "quzu kimi mələyəcəksən", hətta "mələyiblər" də. Adını qoymusansa, telefonunu da yaz. Mən nömrəmi gizlətmirəm. Sən qorxursansa, mənə zəng et, danışaq. Sənin kimi bir-iki nəfər var idi. Uşağının qolundan tutub gəlmişdilər qapıma ki, "Cavanşir müəllim, 2 balam var". Kişi yazdısa, nömrəsin qoymalıdır ki, əlaqə saxlayaq".

09.04.2024 09:21
show 584