Site icon Qlobal.Net

Qışda su içməyi unutmayın! Bədəniniz bu siqnalları verir

0x0 kisin su icmeyi ihmal edenler dikkat vucudunuz bu alarmi veriyor 1760865997158

Soyuq havalarda bir çox insan su içməyə laqeyd yanaşır. Lakin bədən susuz qaldıqda, bir sıra xəbərdarlıq əlamətləri göstərir.

Qlobal.net xəbər verir ki, dərinin quruması, halsızlıq, immunitetin zəifləməsi, diqqət dağınıqlığı kimi hallar su çatışmazlığının əsas göstəriciləridir. Mütəxəssislər bildirir ki, xüsusilə qış mövsümündə gündə ən azı 2 litr su içmək vacibdir və bədənin verdiyi bu “siqnalları” görməzdən gəlmək olmaz.


Qışda da su həyati əhəmiyyət daşıyır

Yayda istinin və tərləmənin təsirindən orqanizm daha çox su tələb edir. Lakin qışda bu ehtiyac çox vaxt unudulur. Həkim Devrim Dəniz qeyd edir ki, su orqanizmdə toksinlərin xaric olunmasından tutmuş beyin funksiyalarına, dəri sağlamlığından immun sisteminə qədər bir çox vacib prosesdə mühüm rol oynayır:

“Su bədən üçün vazkeçilməzdir. Onun sayəsində toksinləri atır, dəridə nəmliliyi qoruyuruq. Bağırsaqlarda maddələrin mənimsənilməsi üçün də su lazımdır. Qışda tər ifrazı azaldığından dəri daha quru olur, buna görə də kifayət qədər su qəbul etmək vacibdir.”


Susuzluq xəstəliklərə yol açır

Devrim Dəniz bildirib ki, su çatışmazlığı zamanı orqanizmdə bir sıra problemlər yaranır:

O əlavə edib ki, “çay və qəhvə içirəm, yəni maye qəbul edirəm” düşüncəsi səhvdir, çünki bu içkilər sidikqovucu təsirə malikdir və orqanizmdən su itkisini artırır.

BUNU DA OXU: “Qaçqınkom”un vəzifəli şəxsi VƏFAT ETDİ


“Saf su xoşunuza gəlmirsə, limon və darçın əlavə edin”

Həkimə görə, hər bir insan gündə kiloqram başına 30-35 millilitr, yəni təxminən 2 litr su içməlidir:

“Əgər saf su içmək çətindirsə, ona limon, xiyar və ya darçın əlavə etmək olar. Bu, həm dadı dəyişir, həm də su içmə vərdişini asanlaşdırır. Hətta telefonlara xatırlatma qoymaqla da gündəlik su qəbulunu izləmək mümkündür.”

Hər yaş üçün su miqdarı fərqlidir

Lakin böyrək və ya ürək çatışmazlığı olan şəxslər həkimlə məsləhətləşmədən həddindən artıq su içməməlidirlər, çünki 4 litrdən çox maye bəzən orqanizmə zərər verə bilər.

Fidan Məmmədli
Qlobal.net

Exit mobile version