Həftəlik müstəqil rusdilli “Caliber” hərbi-analitik internet layihəsinin müəllifləri növbəti buraxılışlarını “Qisas” əməliyyatı təfsilatı ilə: mühasirəyə alınmış separatçılar mərhəmət dilədilər” adlandırıblar.
Süjetdə Fərrux yüksəkliyinin və eyniadlı kəndin, həmçinin Xaçınçayın mənsəbinin işğaldan azad edilməsindən sonra ən irimiqyaslı əməliyyata çevrilən Azərbaycan Silahlı Qüvvələrinin avqust əməliyyatı təhlil edilir.
Bu əməliyyat qlobal strateji və taktiki məqsədlərə malik olub, hansı ki, medianın əksəriyyəti üçün pərdə arxasında qalıb.