Qırmızı ətin faydaları

Qırmızı ətin faydaları

Qırmızı ət yüksək keyfiyyətli əvəzolunmaz amin qrup turşularını ehtiva edən zülal, dəmir və sinklə zəngindir. Qidalardan alınan dəmiri həzm etməyə kömək edir. B qrupu vitaminlərinin zəngin mənbəyidir. Buna görə də, cəmiyyətdə tez-tez rast gəlinən qida çatışmazlığını əhəmiyyətli dərəcədə azalda bilər.

 

Qlobal.net bildirir ki, gündəlik qəbul edilməli olan protein miqdarı kişilər üçün 55 qram, qadınlar üçün isə 45 qramdır. Xəstəlik və yüksək aktivlik kimi hallarda bu məbləğ arta bilər. İnkişaf çağındakı insanların daha çox heyvan zülallarına ehtiyacı var. Göstərilən miqdarda protein yüksək keyfiyyətli və həzm oluna bilən olmalıdır. Heyvan zülallarının 75%-i və bitki zülallarının 50%-i istifadə edilə bilər. Bu kontekstdə heyvan mənşəli qidaların tərkibində olan zülal bitki mənşəli qidalardan çox daha keyfiyyətlidir. Qırmızı ət heyvan zülalının ən qiymətli mənbəyidir.

 

Ət qan əmələ gətirir və qan azlığının qarşısını alır. Bədəni canlı və güclü edir. Zehni inkişafı təmin edir. Piylənmənin qarşısını alır. Qırmızı ətin böyüməyə əhəmiyyətli təsiri var.

 

Qırmızı ət B kompleks vitaminləri (B1, B2, B6, B12, folat) və dəmir, sink, manqan baxımından zəngin bir mənbədir. B12 vitamini sinir hüceyrələrinin böyüməsi, DNT sintezi və qidaların emalı üçün vacibdir. Fol turşusu ilə birlikdə sinir sisteminin qorunmasına və ötürülməsinə kömək edir.

 

Qırmızı ət yüksək həzm olunabilən dəmir (təxminən 35%) və sink üçün əsas mənbədir. Sink 50-dən çox fermentin tərkibinə daxildir və ehtiyacın 50%-ni ödəyə bilər. Uşaqlar üçün xüsusilə vacibdir.

Səbinə

Qlobal.net

24.02.2025 04:52
show 22