nazilə

“Qıjı” müğənnilərin sayını çoxaldan kimdir, “qıjı” varlılar - Nazilə şikayətləndi

“Keyfiyyətli musiqiçilərin hamısı ucuz saraylarda çıxış edir. Amma kimin sənəti yoxdur, ortadaqalmışdı, “qıjı”dır, bir-iki “həci” ilə qabağa gedib, bir-iki mahnı ilə bərk gedən saraylarda çıxış edir”.

Qlobal.net xəbər verir ki, bunu Nazilə Səfərli "Instagram"da yayımladığı videoda deyib.

Şairənin sözlərinə görə, bayağı ifaçıların sayını artıran zövqsüz imkanlı şəxslərdir:

“Bu gün mənə Moskvadan çox varlı bir insan toyla bağlı zəng etdi. Nə qədər elədim ona keyfiyyətli musiqiçini sata bilmədim. Mənə dörd müğənninin adını çəkdi. Onlardan heç birinin nə səsi, nə də mədəniyyəti var. Sadəcə bahalı geyim altında maskalanmış, fonoqram səs var. Yəni belə müğənnilərə 8-10 min manat pul verirlər. Amma əsl səsi və sənəti olan müğənniyə o pulu vermirlər. Deməli “qıjı” müğənnilərin sayını çoxaldan kimdir, “qıjı” varlılar. Bayquşlar! Zövqünüz yoxdur, onu inkişaf etdirin”.

29.03.2025 21:22
show 448