Qəzza zolağında humanitar fəlakət davam edir. Sosial mediada paylaşılan videoda azyaşlı qızın kiçik bacısını qaçqın düşərgəsinə aparmaq cəhdləri əks olunub.
Qlobal.net xəbər verir ki, videogörüntülər qısa zamanda ciddi reaksiyalara səbəb olub. Sosial media istifadəçilər başda BMT olmaqla, dünyəvi təşkilatları Qəzzada baş verənlərə səssiz qalmaqda ittiham edib.
Görüntüləri lentə alan müxbir Ala Hamuda azyaşlı qızın özünün də yaralı olduğunu və özü kimi xəsarət almış bacısını saatlarla çiynində daşımasını faciə adlandırıb.
Hazırda Qəzza zolağında minlərlə azyaşlı uşaq aclıq və susuzluq təhlükəsi altındadır. (yenisabah.az)