photo_17815739
Qəzaya düşən Tatlısəs əlil arabasında konsert verdi - VİDEO

Ötən gün Bodrumda ağır yol qəzası keçirən məşhur müğənni İbrahim Tatlıses hər kəsi təəccübləndirib. 

Qlobal.net xəbər verir ki, sənətçi qəzadan bir neçə saat sonra açıqlama yayaraq səhhətinin yaxşı olduğunu və axşam sevənləri qarşısında konsertlə çıxış edəcəyini bildirmişdi.

Türk sənət musiqisinin imperatoru verdiyi sözə əməl edərək hər kəsi şoka salıb.

Belə ki, Tatlıses xəstəxanadan çıxar-çıxmaz birbaşa əvvəldən təyin olunmuş konsert arenasına yollanıb.

Əlil arabasında səhnəyə gətirilən İbrahim ayaqları sarıqlı vəziyyətdə sevilən ifalarını səsləndirib. 

Musiqili proqram zamanı İbrahim "Cənabi haqq olan Allaha qurban olum. Mələklərini göndərdi. Yuvarlandığım dərəyə qaya oldu o mələklər. Sabaha gedib orada qaya görə bilməzsiniz. Çünki oradakı qayalar mələk idilər. Uçub getdilər. O qaya bizi saxladı. Yoxsa yuvarlanıb dərənin dərinliyinə düşəcəkdik" sözlərini söyləyib.

26.08.2022 09:20
show 277