Yanvarın 13-ü Mingəçevir şəhəri Samux küçəsində baş vermiş ağır qəzada yaralanan 13 yaşlı Turan Rəsulzadə dünyasını dəyişib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dünən Mingəçevir Şəhər Xəstəxanasında vəfat edib. Ondan bir neçə gün əvvəl isə həmin qəzada yaralanan 1962-ci il təvəllüdlü Yolçu Cavadov da həyatını itirib. Beləliklə, dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Həmçinin oxuyun: Большая игра за Кавказ - Сенсационные данные о миссии ЕС - Видео
Xatırladaq ki, hadisə zamanı Əhməd Əhmədovun idarə etdiyi “QAZ - 31” ilə Ülvi Hətəmovun sürdüyü “Mercedes- Benz C” markalı avtomobillər toqquşmuşdu.
Nəticədə “QAZ - 31”də olan sərnişinlərdən 1983-cü il təvəllüdlü Azər Manafov hadisə yerində dünyasını dəyişmiş, sürücü Ə.Əhmədov və sərnişinləri Yolçu Cavadov və Turan Rəsulzadə isə xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Mingəçevir ŞPŞ-də CM-in 263.3-cü maddəsi cinayət işi üzrə istintaq davam etdirilir.