64ec60a6c48e3202308235358
Qəza ilə bağlı sirlər açılır - Tver buna görə seçilib

“Vaqner” muzdlularının lideri Yevgeni Prioqijinin olduğu təyyarənin Tverdə düşməsi ilə bağlı diqqətçəkən iddialar ortaya atılıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisənin Prezident Vladimir Putinin əmri ilə təşkil edilməsi barədə iddia əbəs deyil. Analitiklər hesab edir ki, hadisənin baş verdiyi yer bilərəkdən seçilib və hadisədə Putinin “imzası” var.

Belə ki, Putinin babası Spiridon İvanoviç Putin 1879-cu ildə Rusiya imperiyasının Tver valiliyində anadan olub. Aşpazlıq barədə təhsil alan baba Putin 1917-ci ildə rus inqilabından sonra Sankt-Peterburqa köçüb. Ardınca o Moskvaya gəlib. Baba Putin əvvəlcə Vladimir Lenin ardınca İosif Stalinin aşpazı olub. Qəribəsi budur ki, Priqojinin təyyarəsi də Moskvadan Sankt-Peterburqa uçarkan Tverde düşüb.

Analitiklər hesab edir ki, Putin bəlkə də aşpaz babasının dünyaya gəldiyi şəhərdə öz aşpazının həyatına sui-qəsd təşkil edərək, intiqamına imza atmaq istəyib.                             

28.08.2023 12:53
show 2684