Qətlə yetirilən müğənninin bacısı: "Əri narkotikə qurşanmışdı" - VİDEO
"Mən özüm də bilmirəm bu hadisə necə baş verib. Evim yıxıldı. Necə
olacağımı heç bilmirəm. Çəkilişə gedirdim. Bacım Yaqut Həşimovanın
şəkilini sosial şəbəkədə gördüm. Oğluna zəng vurdub dedim ki, get
xalangilə".
Qlobal.net Bizim.media-ya istinadən bildriir ki, bu
sözləri 43 yaşında həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə
yetirilən müğənni Yaqut Haşımovanın bacısı Şəlalə "Bizimləsən"
ictimai-sosial verilişinin canlı efirinə telefonla qoşularkən deyib.
Mərhumun
bacısı bildirib ki, doğmaca xalası oğlu A.Həşimov narkotika
qurşandıqdan sonra xanımı ilə aralarında münaqişələr yaranıb və evi tərk
edib: "Yaqutun əri, Anar Haşımov xalam oğludur. O, son zamanlar
narkotikə qurşanmışdı. Aralarında söz-söhbətlər vardı. Evə də bu
səbəbdən gəlmirdi. Anar Yaqutun bıçaqla şah damarına vurub. O da
yerindəcə dünyasını dəyişib. Başının kəsilməsi söhbəti isə yalandır.
Belə bir şey olmayıb. Sadəcə bıçaq şah damarına dəyib. İndi morqdayıq,
aparacağam bacımı məscidə. Sonra da onu dəfn edəcəyik. Xalam oğlu
hazırda polislər tərəfindən tutulub. Son zamanlar Anar işləmirdi və
narkotikə qurşanmışdı. Elə buna görə də aralarında münaqişələr vardı və
danışmırdılar. Evə gəlmirdi. Necə olubsa bu gün evə gəlib və belə bir
hadisə baş verib".
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik
fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar" yarışmasının iştirakçısı
olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə
yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası
oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib.