6368e818b0cae202211221224
Qətlə yetirilən Albina gəlinlik paltarında dəfn olundu - FOTO

Qaxda 3 gün əvvəl öldürülən 17 yaşlı qız bu gün gəlin paltarı geyindirilərək dəfn olunub.

Qlobal.net xəbər verir ki, noyabırın 4-ü bıçaqlanaraq öldürülən 2005-ci il təvəllüdlü Albina Papiaşvili bu gün torpağa tapşırılıb.

Yaxın qohumları onun əyninə gəlinlik geyindirərək üç gün evdə saxlayıblar. Onların sözlərinə görə, Albinanın ən böyük arzusu gəlin paltarı geyinmək və ailə həyatı qurmaq  olub. Bunun üçün onu gəlin libasında dəfn ediblər.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. (unikal)

07.11.2022 15:12
show 822