Qətər Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması, təbii fəlakətdən zərər çəkmiş şəxslərə yardım üçün növbəti addımını atıb.
Qlobal.net xarici mətbuata istinadla xəbər verir ki, ölkə rəhbərliyi futbol üzrə dünya çempionatından əldə etdiyi 1.56 milyard dollarlıq gəlirin hamısını zəlzələ bölgələri üçün bağışlayıb.
Qeyd edək ki, Qətər hökuməti bundan əvvəl Türkiyəyə yardım məqsədilə 10 min konteyner yollamışdı.