Dünyanın müxtəlif ölkələrində toylara xas maraqlı adət-ənənələr var. Lakin
Keniyada, xüsusilə də Masai qəbiləsində keçirilən toy mərasimlərində yer alan
bir ənənə digərlərindən xeyli fərqlənir. Burada gəlinin atası, xeyir-dua vermək
üçün onun başına və sinəsinə tüpürür.
Qlobal.net bildirir ki, Afrikanın qədim qəbilələrindən biri olan Masai xalqı üçün
tüpürmək, qəribə görünsə də, hörmət və uğur rəmzi sayılır. Bu adət gənc qızın
yeni ailəsinə keçidini simvolizə edir və ona uğurlu bir evlilik arzulamaq məqsədi
daşıyır. Tüpürmə mərasimindən sonra gəlin həyat yoldaşı ilə birlikdə yeni evinə
yollanır.
Masai qəbiləsində bu ənənə təkcə toylarla məhdudlaşmır. Burada insanlar
bir-birinə salam verərkən və ya yaşlılara hörmət əlaməti olaraq da tüpürürlər.
Qəbilə üzvləri inanırlar ki, tüpürmək pis ruhları uzaqlaşdırır və uğur gətirir.
Qərb mədəniyyətləri üçün qeyri-adi və bir qədər anlaşılmaz görünə bilən bu
adət Maasai xalqının qədim inancları və mədəni irsi ilə sıx bağlıdır. Onlar
üçün toy mərasimlərində edilən hər bir ritualın dərin mənası və məqsədi var.
Səbinə
Qlobal.net