10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı...
Qlobal.net xezerxeber.az-a istinadla xəbər verir ki, son vaxtlar elan saytlarında və sosial şəbəkələrdə belə elanların sayı artıb. Maraqlısı budur ki, qəpiklər köhnə və ya nadir buraxılış deyil. Lakin buna baxmayaraq, müəyyən şəxslər bu qəpikləri yüksək məbləğdə satır.
Hüquqşünasların sözlərinə görə, bəzi kolleksiyaçılar qəpiyin dövriyyədə az olduğunu hesab edib bu kimi alışlara üstünlük ver
ir.
Hüquqşünas Kamandar Hüseynov deyir ki, bu fəaliyyət Azərbaycan Respublikasının valyuta tənzimi qanununun məqsədlərinə ziddir.
Hüquqşünas onuda əlavə etdi ki, belə fəaliyyətlərin genişlənməsi nəticəsində qəpiyin dövriyyədə çatışmazlığı yarana bilər.