Xəbər verdiyimiz kimi, Qənirə Paşayeva bir neçə il əvvəl orqanlarını bağışlamaq barədə qərar vermişdi.
Qlobal.net kulis.az-a istinadən xəbər verir ki, ölümündən sonra isə
ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə
yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb.
O bildirib ki, Qənirə xanımın orqanlarının istifadəsi tibbi
nöqteyi-nəzərdən qeyri-mümkündür: "Orqanların istifadəsi üçün sadəcə
beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə
xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun
orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür".