653bbbfe27fb2202310233246
Qənirə Paşayevanın EKSKLÜZİV GÖRÜNTÜLƏRİ: Ölümündən cəmi 11 gün əvvəl... - VİDEO

Mərhum millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın ölümündən 11 gün öncə lentə alınmış görüntüləri üzə çıxıb.

Qlobal.net musavat.com-a istinadən bildirir ki, Q. Paşayeva sentyabr ayının 17-də "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun övladının toyunda iştirak edib. Video bu zaman lentə alınıb.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva sentyabr ayının 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həmin görüntüləri təqdim edirik:

 
27.10.2023 17:31
show 5149