650ff45384557202309233323
Qənirə Paşayevanın vəziyyəti daha da ağırlaşdı - Aparata qoşdular (YENİLƏNİB)
Komaya düşən millət vəkili Qənirə Paşayevanın vəziyyəti daha da pisləşib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə millət vəkilini süni tənəffüs aparatına qoşublar.
Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər. 

***

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Vüqar İskəndərov da Qənirə Paşayevanın səhhəti ilə bağlı açıqlama verib.

O, sosial şəbəkə hesabında "Həkimlərin dediyinə görə təzyiqində normallaşma prosesi var. 48 saatlıq etapı keçsə daha da yaxşı olacaq. Amma belə vəziyyəti ağır olaraq qalır", - deyə bildirib

***
Xəbər verdiyimiz kimi millət vəkili Qənirə Paşayeva komaya düşüb. Deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Manset.az-a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib: "Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!"
***

Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.

İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem saxladığı pəhrizlə bağlı qəbul etdiyi dərmanlarla bağlı olduğu bildirilir.                             

24.09.2023 14:00
show 1464