xəstə
Qəbələdə DƏHŞƏTLİ CİNAYƏT: üç nəfər güllələndi, ikisi öldü

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 73 yaşlı  Gülsadə Məmmədəliyeva və 45 yaşlı Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Qlobal.net-ə bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib.

Cinayət aləti hesab edilən ov tüfəngləri götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

17.10.2024 22:53
show 444