645676ba10c56202305234810
Qazinin çənəsini sındıran idmançı belə saxlanıldı - VİDEO

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşına xəsarət yetirən idmançı saxlanılıb.

Sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntülərlə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi  vuraraq xəsarət yetirməsilə bağlı polis orqanında araşdırma aparılır.

N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb. 
Araşdırmalar davam etdirilir.

06.05.2023 19:47
show 3421