photo_37554783
Qazın limiti ilə bağlı VACİB XƏBƏR : Hər kəs izləsin VİDEO

Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub. Şəkillərin 30 faizi oxunmaq üçün yararlı olub. Onlardan 85-90 faizi artıq emal edilib və bazaya yerləşdirilib. Bu fikirlər Azəriqaz İstehsalat Birliyinin "açıq qapı" aksiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirilib. Eyni zamanda ölkədə bu ildən smart qaz sayğaclarının tətbiqinə başlanılacağına dair açıqlama verilib.


Qaz sayğaclarında güzəştli limit həddi ilə bağlı göstəricilərin sıfırlanması ilə əlaqədar abonentlərdən 144 min müraciət daxil olub.


Qlobal net Xəzər xəbərə istinadən bildirir ki, Bu sözləri "Azəriqaz"ın 104 operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib. Şöbə rəisi bildirib ki, şəkillərin 30%-i oxunmaq üçün yararlı olub.


Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı məsələyə münasibət bildirib .


"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev " isə bu ildən ağıllı sayğacların tətbiqinə start veriləcəyini bildirib ."Azərbaycanda bu vaxta qədər smart sayğac olmayıb. Smart tipli qaz sayğacı olub. Ağıllı sayğacların tətbiqinə bu ildən başlanılacaq" deyə o qeyd edib. 


10.01.2022 07:24
510