TikTok sosial şəbəkəsində paylaşılan video ölkədə trendə çevrilib.
Qlobal.net xəbər verir ki, Suqovuşana ilk bayrağı sancan qazi İlkin Fərzəliyevin də iştirak etdiyi yumoristik video insanların marağına səbəb olub.
Vayner Rəsul Tahirovun çəkdiyi vaynda bəzi insanların qazilər üzərindən səs-küy salaraq populyarlıq qazanan şəxslərə dəstək olmasına ironiya ilə yanaşılıb.
O, videonu “yanlış insanlara dəstəyə son” başlığı ilə paylaşıb.
Hətta tiktok platformasından imtina edən, ciddi hesab olunan şəxslər də sözügedən vaynı "acı reallıq" başlığı ilə paylaşıblar.
Video bir sutka tamam olmamış sosial şəbəkələrdə milyondan çox baxış toplayıb. (ölkə.az)