Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntüləRi sizə təqdim etmişdik.
Aygül xanım yeni paylaşımlar edib.
O ilk videosunda qeyd edir ki, qəza yerindən tapdığı sırğanın sahibi gənc qadın idi, və başını yaylıqla çeçen xanımları kimi arxadan bağlamışdı.
İkinci videoda isə çox sevinərək bildirir ki, sırğaların sahibi gənc qadın uzun müddət komada qaldıqdan sonra tapılıb:
“Mən hislərimi bilmirəm necə bölüşüm. Təsəvvür edirsiniz, biz sırğanı tapdıqda o xanım komadan ayılıb. O, hamilədir və bətnindəki uşaq da hazırda salamatdır. Öyrəndim ki, bu sırğanı ona toy hədiyyəsi olaraq qayınanası alıbmış”. (lent.az)
***
Medyum Ayqul Berdıqaliyeva bildirir ki, təyyarə qəzası baş verən ərazidə həlak olmuş şəxslərdən birinin qızıl sırğasını tapıb.
Ajans.az xəbər verir ki, bu barədə ZTB NEWS məlumat yayıb.
300 mindən çox izləyicisi olan Instagram səhifəsində Ayqul Berdıqaliyeva bildirib ki, onu tez-tez həlak olmuş qadınlardan birinin ruhu ziyarət edib. Ruh ondan təyyarə qəzası baş verən yerdə qızıl sırğanı tapmağı və onu mərhumun anasına təhvil verməyi xahiş edib.
Ayqul Berdıqaliyevanın sözlərinə görə, o, 19 yanvar, bazar günü Aktau şəhərinə gəlib və həmin zinət əşyasını tapa bilib.
Medyum həlak olmuş şəxsin qohumlarına bu zinət əşyasını təqdim etməyə hazır olduğunu bildirib. Lakin qohumlar qadının həmin sırğaları taxdığı bir fotoşəkil təqdim etməli idi. Buna baxmayaraq, bu gün polis zinət əşyasını ondan götürüb.
“İndi polis idarəsindən gəlib qızıl zinət əşyasını məndən götürdülər. Dedilər ki, zinət əşyasını özləri təhvil verəcək, əlaqə yaradacaqlar. İstintaqın maraqları üçün hər şeyi təhvil verməliyik. Mən müqavimət göstərə bilmədim, çünki qanuna görə belə olmalıdır. Mən onu tapdım, amma bu zinət əşyası mənə lazım deyil. Mən istərdim ki, şəxsən anasına təqdim edim, ya da ana mənim yanıma Astana şəhərinə gəlsin, ya da mən Bakıya onun yanına uçum. Axı, bu ruh mənə sadəcə olaraq bu işarəni göstərmədi. Bu, bir az kədərlidir, amma qanun qarşısında müqavimət göstərə bilmirəm,” – deyə Berdıqaliyeva bildirib.
Ötən həftə qəzaya uğramış təyyarənin qara qutularından alınan şifrələnmiş məlumatlar Braziliyadan Qazaxıstana gətirilib.