Cəmiyyət
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama: “Tezliklə…”

2024-cü il dekabrın 25-də Aktau yaxınlığında “Azerbaijan Airlines” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.
Bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həm hüquqi, həm də texniki istiqamətdə aparılan araşdırmaların nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. /milli.az



