6612195f00bb2202404245615
Qazax müğənni Aygün Bəylərin mahnısını oxudu və.... - VİDEO

Qazaxıstanlı müğənni Əlişir Kərimov mərhum müğənnimiz, Əməkdar artist Aygün Bəylərin ifasında sevilən "Tut ağacım" mahnısını oxuyub.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, bundan öncə də Azərbaycanın xalq və bəstəkar mahnılarını ustalıqla ifa edən Əlişirin ifası çox bəyənilib.

Müğənninin ifası milyonlarla baxış toplayıb, minlərlə bəyənmə qazanıb.

Azərbaycanlı izləyicilər isə mahnını Aygünün daha yaxşı oxuduğunu iddia edərək, xatirəsini yad etdiyinə görə Əlişirə təşəkkür ediblər.

07.04.2024 07:54
show 272