Havaların soyuması özü ilə birgə evləri isitmək problemini də
gətirir. Paytaxtda, eləcə də, bölgələrdə əhalinin çoxu evini qaz
sobaları ilə isitməyə çalışır. Bununla belə, sobaların yandırılmasının
ilk həftəsindən etibarən insanlar müxtəlif problemlərlə, hətta ölüm
təhlükəsi ilə də üz-üzə qalırlar. Səbəb çox sadədir: bəzən qiymətinin
ucuzluğuna görə, bəzən də, sadəcə, ən yaxındakı satış nöqtəsində olduğu
üçün standart sobalar əvəzinə qeyri-standart sobaların seçilməsi...
“Azəriqaz” İB-dən şöbə rəisi İlkin Behbudov standart sobaların
qeyri-standart sobalarla əvəzlənməsinin yaratdığı iki problemə diqqət
çəkir: 1) təhlükəsizlik; 2) qaz sərfiyyatının artması;
“Azəriqaz” İB-nin rəsmisinin sözlərinə görə, bu sertifikatları
sobaların satıldığı yerdən əldə etmək mümkündür. Başqa sözlə, vətəndaş
istənilən avadanlığı alarkən onun pasportunun olub-olmadığına diqqət
etməli, yoxdursa, ya satıcıdan pasportu tələb etməli, ya da avadanlığı
almaqdan çəkinməlidir. Amma iş təkcə pasportla bitmir.
Vətəndaşın pasportlu, uyğun sertifikatlı avadanlıq alması da hələ özünün və evinin təhlükədən sığortalanması demək deyil.
Tüstü bacaları isidilmə prosesinin son nöqtəsi sayılsa da, mövcudluğu
təhükəsizliyin təminatıdır. Təəssüf ki, hələ də, istər Bakı ətrafında,
istərsə də bölgələrdə kustar üsulla qurulmuş tüstü bacalarına rast
gəlinir. Bu da insanların öz həyatlarına qarşı məsuliyyətsiz
yanaşmasının, həmçinin, ehtiyatsızlığının göstəricisidir. “Azəriqaz”
İB-dən şöbə rəisi İlkin Behbudov tüstü bacası olmayan evlərdə sobaların
quraşdırılmamasını tövsiyə edir. Həmçinin, o, sobaların yataq
otaqlarında, yaxud qonaq otaqlarında quraşdırılmasından da danışıb.
İnsan sağlamlığı üçün təhlükə də, məhz burda başlayır. Tüstü bacaları
divarın içiylə çıxmalı və damın yalından, ən azı, 0,5 metr hündür
olmalıdır. Və onun olması, quraşıdırılması ev tikilən zaman nəzərə
alınmalıdır. Normal tüstü bacasının olmaması, kustar üsulla pəncərədən
və ya divardan çıxarılan dırnaqarası “tüstü bacaları” isə dəm qazının
yaranmasına da səbəb olur ki, “Azəriqaz” İB-nin rəsmisi bunu belə izah
edir:
Vətəndaşların təhlükədən qaçması üçün hər il -havalar soyumağa başlayan
zaman “Azəriqaz” İB xəbərdarlıq edir ki, tüstü bacaları olmayan
otaqlarda qaz sobaları quraşdırılmasın. Bu yerdə alınan istilik
cihazının uyğun sertifikatının, yaxud avtomatikasının olması da önəm
daşımır.