Qış və təbii qazın isitmə üçün istifadə olunması ilə xərclərin artması nəticəsində necə qənaət edə bilərik sualı ağıllara gəlir. Təbii qazın sürpriz hesablarından qaçmaq və hesabları normal səviyyədə saxlamaq əslində mümkünsüz deyil. Belə ki, bir neçə nüansa diqqət etməklə qənaət edə bilərsiniz.
Qlobal.net təbii qaz ödənişlərini azaltmağa kömək edəcək məsləhətləri təqdim edir:
Kombi və radiatorun təmiri mütəmadi olaraq aparılmalıdır
Kombiyə illik texniki qulluq edilməlidir
Kombini hər gün söndürüb yandırmayın, müəyyən bir dərəcədə işlək vəziyyətdə qalması daha məqsədəuyğundur
Yeni nəsil kombilərə üstünlük verilməlidir
Radiatorların önünü bağlamayın
İzolyasiya lövhələrindən istifadə edilməlidir
İstilik izolyasiyası aparılmalıdır
Balkon qapıları təmir olunmalıdır
Jalüzlərdən istifadə etmək olar
İstilik paylayıcı və ya istilik sayğacı istifadə edilə bilər
Termostatik klapan istifadə edilə bilər.(news24.az)