Qayınanasını döyüb, evli kişiyə qaçdı - Azərbaycanda ŞOK OLAY
Füzuli rayonu, Arayatli kənd sakini Aygün Xəlilova evdən qaçıb.
Bu barədə "Ölkə.az"-a A. Xəlilovanın qaynanası Dilarə Xəlilova məlumat verib.
D.Xəlilova bildirib ki, gəlini evdən çıxarkən övladlarını da özüylə aparıb: "Oğlum
Araz Xəlilov 2020-ci ilin aprel ayında avtomobil qəzasında dünyasını
dəyişib. Təxminən ötən ilin sentyabr ayında gəlinim Bala Bəhmənli
kəndindən olan Ruhin adlı kişi ilə tanış olana qədər münasibətlərimiz
indikinə baxanda yaxşı idi. Sonradan Ruhin bizim evə gəlib-getməyə
başladı. Əvvəlcə məsələnin mahiyyətini başa düşmürdüm. Sonradan anladım
ki, gəlinim Aygünlə Ruhinin arasındakı münasibətlər adi deyil. Özümü
əlli il tibb işçisi olmuşam, cəmiyyət görmüşəm, amma belə dostluq
görməmişəm. Gəlinimə Ruhinlə bağlı etirazımı bildirəndən sonra mənə
qarşı ağır təhqiramiz ifadələr işlətdi, ili çıxmamış oğlumun goruna
söydü".
Dilarə Xəlilova bildirib ki, yaranmış vəziyyətlə bağlı
dəfələrlə ərazi üzrə sahə müvəkkili Cümşüd Məmmədova müraciət etsə də,
heç bir faydası olmayıb: Cümşüd müəllim bir dəfə bizə gəldi, onda da dediyindən belə
çıxdı ki, döyülən də mənəm, günahkar da. Aidiyyatı qurumların
rəhbərləridən əlli il bu dövlətə xidmət etmiş bir qadın kimi xahiş
edirəm ki, mənim təhlükəsizliyimi təmin etsinlər, bu məsələnin qanun
çərçivəsində həllinə yardımçı olsunlar. Hazırda evdə təkəm, amma axşam
gəlininin və Ruhinin mənim başıma nə oyun açacaqlari məlum deyil".
Qeyd edək ki, Ruhin adlı şəxs əməkdaşımızla söhbətində bunları bildirib: "Mənim polisdən, məhkəmədən heç bir qorxum yoxdur. Əgər istəsələr, məni həbs etdirə də bilərlər".
Xatırladaq ki, Aygün Xəlilova bir neçə gün öncə qaynanasını
döyməsini etiraf etməsiylə sosial şəbəkələrdə müzakirə mövzusuna
çevrilmişdi.