65a9fcf51d9a1202401243917
Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI - VİDEO
Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. 

Hadisə zamanı Elvin Ələkbərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli bilinən qayınatası Tahir Tahirov saxlanılıb.   
Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə yetirib. O, elə hadisə yerindəcə dünyasını dəyişib.   
Mərhumun qonşusunun sözlərinə görə, E.Ələkbərov üç ildir evli imiş. Bildirilib ki, bu müddət ərzində ailəsində heç bir problem yaşanmayıb.   

Ətraflı Baku TV-nin süjetində:

19.01.2024 08:38
4223