Türkiyədə Bağlar rayonu Alatosun kəndində bəy qayınatası tərəfindən güllələnib.
Qlobal.net lent.az-a istinadən xəbər verir ki, qayınatası kürəkəni namaz qılarkən başından və bədəninin müxtəlif nahiyələrindən 4 dəfə atəş açıb.
O, xəstəxanaya aparılsa da həyatını itirib.
Hadisə yerinə gələn jandarma qrupları araşdırma apararkən, qaçan şübhəlinin tutulması üçün axtarış işlərinə başlanılıb.