Əməkdar artist Elnarə Abdullayeva növbəti dəfə qalmaqallı açıqlamalar verib.
Qlobal.net xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi gəlin-qayınana münasibətlərindən danışıb:
"Demişəm ki, əgər gəlin yaşaya bilmirsə, çıxsın getsin. Dedilər ki, "hara getsin?" Cavab verdim ki, demirəm, ayrılsın. Başqa evdə, kirayədə yaşasınlar. Ona imkan yoxdursa, bu oğlunu niyə evləndirirdin? Əgər bir manat qazana bilməyəcəkdisə, niyə ailə qururdu? Qələt edir, sevir. O nə deməkdir? Əgər min manat maaş alırsa, az yeyəcəklər, az alış-veriş edəcəklər. Dolanacaqlar!
Başına dönüm, əl-ələ verin uçun. Hara qədər uça bilirsənsə uç. Nə olsun bir oğuldur? Mən cavanam, qocalanda...
Dində belə bir şey var ki, "gəlin yalnız özünə və ailəsinə xidmət etməlidir". Öz ailəsindən başqa kiməsə qulluq etməyə məcbur deyil. Amma imanlı, vicdanlı insandırsa, qayınana xəstələnəndə bir stəkan çay verəcək, əlini-ayağını yuyacaq. Mən övlad olaraq qayınanamın ayağını da yuyaram, başını da yuyaram. Niyə yumuram?". (Bizim.Media)