642683df342e7202303235527
Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Qlobal.net oxu.az-a istinadla xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. 

Belə ki, VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub. 

Bu zaman yolayrıcına daxil olan “Mercedes-Benz” əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.

VAZ-2104 də öz növbəsində park halında olan “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:

31.03.2023 10:55
show 307