Cəmiyyət
Qatara görə işə gecikirsinizsə, arayış alın

Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.
Qlobal.Net tətbiqini yükləyin daha sürətli istifadə edin!
Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.
Qlobal.net xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edilib ki, bu qayda ADY-də həmişə olub. Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər. Bu halda qurumdan arayış almaq mümkündür.