“Qarşımda soyunsa, mən Afaq Aslana 50 manat vermərəm”
“Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır”.
Qlobal.net xəbər verir ki, bu fikirləri müğənni Afaq Aslan səsləndirib.
Afaq Aslan daha sonra əlavə edib ki, mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm.
Məsələ ilə bağlı müğənni Əli Mirəliyev Bizim.Media-ya açıqlamasında Afaq Aslan adında müğənnini tanımadığını bildirdi:
“Ola bilsin ki, hansısa tədbirdə bir yerdə olmuşuq. Mən də centlmenlik edib, onu çaya dəvət etmişəm. Burada pis nə var ki?! Tək Afaq Aslana yox, indi efirə çıxan müğənninin heç birinə qarşımda soyunsa da 50 manat vermərəm”.