əhali
Qarşıdakı iki günlə bağlı VACİB XƏBƏRDARLIQ

Yaxın iki gündə - mayın 31-də və iyunun 1-də güclü maqnit qasırğası gözlənilir. 

Qlobal.net Lent.az-a istinadla təfərrüatları təqdim edir.

Günəş maqnit qasırğaları zamanı hava şəraitindən asılı olan insanlar özlərini daha pis hiss edə bilər. Mütəxəssislər fiziki aktivliyi mümkün qədər azaltmağı və daha çox istirahət etməyi tövsiyə edirlər.

Maqnit qasırğaları artan narahatlıq və stressə səbəb ola bilər. Meditasiya, dərin nəfəs və ya yoqa kimi istirahət üsullarını sınayın.

Sağlam həyat tərzi, o cümlədən müntəzəm fiziki fəaliyyət, balanslaşdırılmış qidalanma və yaxşı yuxu maqnit qasırğalarının bədəninizə təsirini azaltmağa kömək edə bilər.

30.05.2024 22:30
show 283