Qarlı və buzlu havada ən təhlükəli YOLLAR

Qarlı və buzlu havada ən təhlükəli YOLLAR

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:

Körpülər və yol ötürücüləri - Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.

Tunellərdən çıxış hissələri - Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.

Dönüşlər və enişli-yoxuşlu yollar - Sürüşmə riski yüksəkdir.

Yol qovşaqları və dairəvi kəsişmələr - Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.

Svetoforlu və svetoforsuz keçidlər - Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.

Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları - Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.

Avtobus dayanacaqları yaxınlığı - Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.

Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.

01.03.2025 11:09
show 172